ABŞ və Venesuela hərbçiləri Karib dənizində GPS siqnallarını bloklamağa başlayıblar.
Doğru.az xəbər verir ki, “The New York Times” qəzetinə istinadən bu hərəkətlər Vaşinqton və Karakas arasındakı gərginlik fonunda regionun hava məkanında və dənizində toqquşma riskini artırır. Nəşrin məlumatına görə, bu taktika GPS naviqasiyasına əsaslanan mülki nəqliyyatın işinə də təsir göstərir.
Qeyd edək ki, politoloq Lazar Kheifets ABŞ-ın Venesuelaya qarşı mümkün hərbi əməliyyatının qlobal təsirləri barədə xəbərdarlıq etmişdi.
DOĞRU.AZ




























