image-n1karobka_ads
image-123
image-1765100930115539532_1200x630backend

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunu yoxlayıb – FOTO

image-ad_qayo_720x110px

AFFA rəhbərliyinin bölgələrə səfəri davam edir.

Doğru.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfər edərək futbol infrastrukturunun vəziyyəti ilə tanış olublar.

Səfər Biləsuvar və Cəlilabaddan başlayıb. AFFA rəsmiləri Olimpiya İdman komplekslərini və yerli stadionları yoxlayaraq, mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar. Daha sonra Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkilib, burada Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarış izlənilib. İştirakçılara futbol topları və formalar hədiyyə olunub.

Səfər Ərkivan qəsəbə stadionu və Masallıda yerləşən Anatoli Banişevski adına stadionun yoxlanması ilə davam edib. Tur Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanışlıqla yekunlaşıb.

DOĞRU.AZ

image-17651009305160343531_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki