image-n1karobka_ads
image-123
image-1764945663364189532_1200x630backend

AFFA və Pakistan Futbol Federasiyası əməkdaşlıq memorandumuna imza atdı

image-ad_qayo_720x110px

DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-ın Vaşinqton şəhərində olan AFFA-nın prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Mohsen Gilani ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüş zamanı iki assosiasiya arasında futbol sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində təlim-məşq toplanışları, milli komandalar arasında yoldaşlıq oyunları, qadın futbolu, futzal, çimərlik və əlillər futbolu, həmçinin hakimlərin mübadiləsi və təhsili sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Sənəd hər iki ölkədə futbolun inkişafına, gənc futbolçular və məşqçilər üçün yeni imkanların yaradılmasına, AFFA və PFF arasında dostluq və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki