Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aktiv diplomatik səylər göstərir.
Doğru.az xəbər verir ki, Levit jurnalistlər qarşısında çıxışında belə deyib: “Biz – ABŞ və Tramp administrasiyası – Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq üçün hələ də çox çalışırıq.”
Xatırladaq ki, “Axios”un məlumatına görə, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Ukrayna nümayəndələrinin dekabrın 13-də Trampın Ukrayna üzrə sülh planını müzakirə etmək üçün Parisdə toplantısı planlaşdırılır.
Görüşün əsas məqsədi tərəflər arasında mümkün razılaşma imkanlarını qiymətləndirməkdir.
DOĞRU.AZ




























