image-n1karobka_ads
image-123
image-17645891892329547861_1200x630backend

Ağcabədidə pambıq yığımında məhsuldarlıq artıb

image-ad_qayo_720x110px

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. İndiyədək tarlalardan 39 min 139,4 ton “ağ qızıl” toplanıb, orta məhsuldarlıq 33,11 sentner təşkil edir. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə bildirib ki, bu il rayonda müxtəlif MMC-lərlə müqavilələr əsasında ümumilikdə 11 min 821,68 hektar sahədə pambıq əkilib.

Doğru.az xəbər verir ki, sahələrdə vaxtında aparılan kultivasiya, seyrəltmə, gübrələmə, suvarma və zərərvericilərə qarşı dərmanlama işləri məhsuldarlığın yüksəlməsində mühüm rol oynayıb. Pambığın itkisiz yığılması və emalının yüksək səviyyədə aparılması üçün bütün lazımi tədbirlər görülür, yığım prosesi daim nəzarətdə saxlanılır. Rayon rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə sahələrə baxış keçirilir. Qeyd edək ki, 2024-cü ildə rayonda 13 min 112 hektar sahədə pambıq əkilmiş, 37 min 277 ton məhsul istehsal edilmiş və orta məhsuldarlıq 28,4 sentner olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki