Avropa İttifaqının (Aİ) müxtəlif qurumlarında maliyyə pozuntuları şübhəsi ilə genişmiqyaslı əməliyyat keçirilib. Euractiv-in mənbələrinə istinadən verilən məlumata görə, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Brüsseldəki baş qərargahında, Brüggedə yerləşən Avropa Kollecində, eləcə də Belçikadakı bir neçə şəxsi ünvanda axtarışlar aparılıb.
Doğru.az xəbər verir ki, hüquq-mühafizə orqanları Aİ vəsaitlərinin mümkün sui-istifadəsi ilə bağlı sənədləri müsadirə edib. Polis satınalmalarda fırıldaqçılıq, korrupsiya və maraqların toqquşması şübhəsi ilə üç nəfəri saxlayıb.
Qeyd edək ki, yaxın günlərdə “Politico” da Aİ rəsmilərinin Belçikanın dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin tutulmasında şübhəli bilindiyini açıqlamışdı.
Mövzuya münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova vurğulayıb ki, Belçikanın dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi gəlirləri tutmasına dair sübutlar araşdırılmalı və beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməlidir.
Araşdırma davam edir.
DOĞRU.AZ




























