image-n1karobka_ads
image-123
image-6940f2b802e8bd082b75acdcbackend

Aİ liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri və bərpa planı üzrə razılığa gəldi

image-ad_qayo_720x110px

Berlində keçirilən danışıqlardan sonra Avropa liderləri Ukrayna münaqişəsinə son qoyulması ilə bağlı razılaşma kontekstində Ukrayna üçün təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadi bərpasına dair tədbirləri əks etdirən bəyanat üzərində razılığa gəliblər.

Doğru.az xəbər verir ki, müvafiq sənəd Aİ Şurasının rəsmi saytında dərc olunub.

Sənəddə qeyd olunur ki, Avropa tərəfi Ukraynaya sülh dövründə 800 min nəfərlik heyətdə qalması nəzərdə tutulan ordunun formalaşdırılmasında dəstəyini davam etdirmək niyyətindədir. Ukrayna Silahlı Qüvvələrinin bərpasının, eləcə də quruda və dənizdə təhlükəsizliyin təmin edilməsinin “könüllülər koalisiyası” və ABŞ-ın dəstəyi ilə yaradılması planlaşdırılan, Avropanın rəhbərlik etdiyi “Ukraynanın çoxmillətli qüvvələri” tərəfindən asanlaşdırılacağı bildirilir.

Aİ liderləri həmçinin ABŞ-ın rəhbərliyi və beynəlxalq ictimaiyyətin iştirakı ilə atəşkəsin monitorinqi və yoxlanılması üçün xüsusi mexanizmin yaradılmasını təklif ediblər.

Bəyanatda vurğulanır ki, Ukrayna mümkün hücum halında sülh və təhlükəsizliyin bərpası üçün zəruri tədbirlər, o cümlədən silahlı qüvvələrə, kəşfiyyata və logistika təminatına dəstək, eləcə də iqtisadi və diplomatik addımların atılması ilə bağlı zəmanətlər verməyə hazırdır.

Sənəddə eyni zamanda Ukraynanın bərpası üçün əhəmiyyətli maliyyə vəsaitinin ayrılması və ölkənin Avropa İttifaqına üzvlük kursunun dəstəklənməsi də nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Ukraynadakı nizamlanma məsələsi ilə bağlı Avropa liderləri ilə “çox yaxşı danışıqlar” apardığını bildirib. Onun fikrincə, Ukraynada münaqişənin nizamlanması indi əvvəlkindən daha yaxındır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki