Avropa İttifaqı Ukrayna ilə bağlı fövqəladə sammiti noyabrın 24-də Anqolada təşkil edəcək.
Doğru.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Antonio Kosta sosial media hesabında açıqlayıb.
Kosta yazıb: “Mən 27 Aİ liderini bazar ertəsi Luandada keçirilən Aİ-Afrika İttifaqı sammiti çərçivəsində Ukrayna ilə bağlı fövqəladə toplantıya dəvət etmişəm.”
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə telefon vasitəsilə sülh planını müzakirə edəcəklər.
DOĞRU.AZ




























