Braziliyalı futbolçu Aleks Souza “Turan Tovuz”dan Yaponiyanın “Kyoto” komandasına transfer olunub və klubla vidalaşıb.
Doğru.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə “Instagram” hesabında paylaşım edib:
“Bu gün karyeramda mühüm bir fəsli başa vururam. Bu müddət ərzində yaşadığım hər şeyə, mənə verilən fürsətə və etibara görə ‘Turan Tovuz’a çox minnətdaram. Hər zaman yanımda olan İdarə Heyətinə, məşqçilərə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Özümlə təcrübə, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram. Kluba uğurlar, növbəti çətinliklərə hazır olmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Aleks Souza 2024-cü ilin yanvarından “Turan Tovuz”da çıxış edirdi. O, bu müddət ərzində 70 oyuna çıxaraq 20 qol vurub və 10 məhsuldar ötürmə edib.
DOĞRU.AZ




























