image-n1karobka_ads
image-123
image-upload-ap_19139606373683-pic905-895x505-10319backend

Alen Delonun uşaqları tibb bacısını aktyora sataşmaqda ittiham ediblər

image-ad_qayo_720x110px

Aktyor Alen Delonun övladları tibb bacısını məhkəməyə verib.

Bu barədə “L’independant” nəşri məlumat yayıb.

87 yaşlı sənətçinin varislərinin dediyinə görə, tibb bacısı sistematik olaraq ona qarşı aqressivlik nümayiş etdirib, həm də Delonun itini ələ salıb. Uşaqlar qadını “həssas bir şəxsə qəsdən zorakılıq etməkdə” ittiham ediblər.

“Onun evində məskunlaşan bu qadın getdikcə daha aqressivləşib, ona və uşaqlarına böhtanlar yağdırıb, təhqir edib”, – deyə vəkil bildirib. Tibb bacısının Delonun telefon danışıqlarını izlədiyi və “onu həm də yaxınlarından, dostlarından və ailəsindən təcrid etdiyi” deyilir. Aktyorun övladları qadının atalarına baş çəkməyə icazə vermədiyini bildiriblər.

Aktyorun varislərindən birinin vəkili “O, avtoritardır, hədələyir, həmçinin Delonun itinə qarşı pis rəftar edir” dedi.

Övladlarının dediklərini aktyor özü də təsdiqləyib. O, tibb bacısından Pikardiyadakı evini tərk etməsini tələb edib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki