Almaniyanın Bild nəşrinin hərbi eksperti Julian Röpke Ukrayna hücumunu ABŞ-ın son onilliklərdəki ən böyük strateji səhv hesablamalarından biri adlandırıb.
Ekspert bu fikri X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
“Ukraynanın 2023-cü il əks-hücum əməliyyatı son onilliklərdə ABŞ administrasiyasının ən böyük strateji səhv hesablamalarından biri idi. Bayden administrasiyası reallığı dərk etməzdən əvvəl təxminən altı ay ərzində Ukraynanı, dünyanı və özünü aldatdı”, – Roepke yazıb.
Bundan əvvəl Qərb ölkələrinin Ukraynada Rusiyanı hərbi yolla məğlub edə bilməyəcəyini deyən Röpke kollektiv Qərbin öz məlumatsızlığını nümayiş etdirdiyini qeyd edib.
Mənbə: A Haber