Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya pilotsuz təyyarələrinin Almaniyanın hava məkanını poza biləcəyi ilə bağlı fərziyyələrə münasibət bildirib.
Doğru.az xəbər verir ki, o, “Handelsblatt” qəzetinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin “alman instinktləri və refleksləri” ilə tanış olduğunu deyib.
“Putin Almaniyanı çox, çox yaxşı tanıyır, hamımızın bildiyi kimi. O, həmçinin alman instinktləri və refleksləri ilə də tanışdır”, – Pistorius vurğulayıb.
Nazirin sözlərinə görə, vəziyyətə sakit və ayıq yanaşmaq lazımdır, çünki dronlar heç bir real təhlükə yaratmayıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Almaniya kansleri Fridrix Merzin Münhen hava limanı üzərində pilotsuz təyyarələrin arxasında Rusiyanın dayanması ilə bağlı ittihamlarını ironik şəkildə şərh etmişdi.
DOĞRU.AZ