image-2000x150px
image-123
image-ads_atlas
image-24893_26ytdamn5ebackend

Amnistiya aktları tarixində bir ilk

image-728x90px

Azərbaycanda Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının icrasına başlanılıb.

Doğru.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, noyabrın 5-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən amnistiya aktının icrası ilə bağlı müvafiq əmr imzalanıb. Aktın icrası çərçivəsində noyabrın 6-dan başlayaraq məhkumların azad olunmasına start verilib və proses 4 ay davam edəcək.

İlk gün artıq 36 məhkum azadlığa buraxılıb.

Qeyd edilib ki, bu akt Amnistiya aktları tarixində ilk dəfə ibtidai istintaqı davam edən cinayət işlərinə də aid olunub.

Aktın Penitensiar Xidmətdə 5800-ə yaxın, Probasiya Xidmətində 8800-ə yaxın məhkuma şamil olunması gözlənilir.

Qeyd edək ki, bu dəfəki amnistiya aktı təkcə məhkumlara deyil, barəsində cinayət təqibi həyata keçirilən digər şəxslərə də aid edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki