image-n1karobka_ads
image-123
image-17476634386177113890_1200x630backend

Anyma Bakıda Formula 1 həvəskarlarını elektron musiqi ilə coşduracaq

2025-ci il Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi yalnız avtomobil yarışları ilə deyil, həm də möhtəşəm musiqi performansları ilə yadda qalacaq. Sentyabrın 19-da dünya musiqi səhnəsinin innovativ adlarından biri – Anyma Bakıya gələcək.

Doğru.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Bəyanatda bildirilir ki, F1 azarkeşlərini bu il sürət və həyəcanla yanaşı, elektron musiqinin qeyri-adi notları da gözləyir.

Artıq ənənəyə çevrilən bu yarış-festival konsepti çərçivəsində təşkil olunan konsertlər, paytaxtın mərkəzində əsl bayram atmosferi yaradacaq. Xüsusilə 4 günlük bilet alan tamaşaçılar Anyma-nın canlı çıxışının şahidi ola biləcəklər.

Qeyd edək ki, Formula 1 təkcə idman deyil, həm də mədəniyyət hadisəsi kimi Bakının beynəlxalq imicinə mühüm töhfə verir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki