image-n1karobka_ads
image-123
image-1764767595305768021_1200x630backend

Aqrar Sığorta üzrə müstəqil ekspert imtahanına qeydiyyat başlayıb

image-ad_qayo_720x110px

Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri uğurla başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat başlayıb.

Doğru.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Qeydiyyat prosesi 1 dekabr saat 17:00-dan 11 dekabr saat 18:00-dək davam edəcək. İmtahan dekabrın 19-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) kompüter vasitəsilə keçiriləcək.

Namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaradaraq “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq üçün test imtahanına onlayn qeydiyyat” xidmətindən istifadə etməlidirlər. İmtahanda iştirak ödənişlidir və pul vəsaiti yalnız qeydiyyatdan keçmiş şəxslər üçün ödənilməlidir; imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan açıq və qapalı tipli test tapşırıqlarından ibarətdir və maksimal bal 60-dır. 36 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş sayılır və onlara müvafiq növ müstəqil ekspert sertifikatı təqdim edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki