image-n1karobka_ads
image-123
image-img-20240712-wa0001backend

Avropa çempionatı: Azərbaycan basketbol millisi Portuqaliya ilə qarşılaşacaq

image-ad_qayo_720x110px

Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında mübarizəyə başlayacaq.

Doğru.az xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma ilk oyununu Portuqaliya seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşləri iyulun 13-də Böyük Britaniyaya, iyulun 14-də İrlandiyaya və iyulun 17-də Niderlanda qarşı olacaq.

Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq Avropa çempionatı iyulun 21-dək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki