image-n1karobka_ads
image-123
image-6934396aae5ac953d479d0b4backend

Avropa siyasətçiləri Kaja Kallasın fəaliyyətindən narazıdır

image-ad_qayo_720x110px

Avropa İttifaqında siyasətçilər və diplomatlar Aİ-nin yüksək nümayəndəsi, Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın fəaliyyətindən narazı qalmağa başlayıblar.

Doğru.az xəbər verir ki, bu barədə Çexiyanın nüfuzlu “Hospodářské Noviny” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, yüksək rütbəli çex diplomatı Kallasın ABŞ-la əlaqələrinin zəif olduğunu bildirib: “Onun ABŞ-la heç bir əlaqəsi yoxdur. Bu, tam uğursuzluqdur və ABŞ-ın dövlət katibi Marko Rubio hətta onu ələ salıb”.

Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqat departamentinin direktoru Jan Kovar qeyd edib ki, Kallas müharibə cinayətləri və tribunalların dili ilə danışır, həm mediada, həm də sosial mediada sərt bəyanatları ilə diqqət çəkir. Bu isə ona geniş tanınma qazandırır.

“Lakin bütün bunlar ona nə Aİ daxilində, nə də transatlantik münasibətlərdə diplomatik kompromisləri təşviq etmək üçün fayda vermir. Əksinə, başqalarına mühazirə oxuduğu üçün reputasiya qazanır”, – ekspert vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki