Avropa siyasi elitası Fransa prezidenti Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağı barədə açıqlamasından narahatdır.
Doğru.az xəbər verir ki, bu məlumatı “Əl-Xəlic” qəzeti yayıb.
Qeyd olunur ki, Avropa rəsmiləri Makronun açıqlamasını ümumi qəbul edilmiş tendensiyalara zidd addım kimi qiymətləndiriblər. Məqalədə vurğulanır ki, “Avropalı tərəfdaşların hələ də bir çox şübhələri və sualları var”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Putin və Makron arasındakı dialoq iki ölkənin mövqelərini aydınlaşdırmağa yönəlməlidir.
DOĞRU.AZ




























