Bir neçə Avropa ölkəsinin milli təhlükəsizlik müşavirləri 3 yanvar şənbə günü Kiyevə gəliblər.
Doğru.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Telegram kanalında nümayəndələrin paytaxtda görüşlər keçirəcəyini açıqlayıb.
Planlaşdırılan görüşlərdə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Estoniya, Latviya, Litva, Polşa, Finlandiya, Kanada, Niderland, Danimarka, Norveç və Polşadan nümayəndələr iştirak edəcək. Həmçinin NATO, Aİ və Avropa Komissiyasının təmsilçiləri də tədbirdə iştirak edəcəklər.
Daha əvvəl Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema bildirib ki, Vladimir Zelenski NATO-nu münaqişəyə cəlb etmək üçün yeni təxribatlara əl atır.
DOĞRU.AZ




























