image-n1karobka_ads
image-123
image-1764931485932024708_1200x630backend

Azad edilmiş ərazilərdə torpaq icarəsi üzrə müsabiqələrin nəticələri açıqlanıb – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli Fərmanının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə torpaq idarəçiliyi ilə bağlı tədbirlər davam etdirilir.

Doğru.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sentyabr və oktyabr aylarında Xocalı, Xocavənd və Laçın rayonları üzrə bağçılıq və heyvandarlıq istiqamətində ümumilikdə 6876 hektar torpaq sahəsi sahibkarlara icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılıb.

Müsabiqə çərçivəsində qeydiyyata alınan 68 müraciətdən, layihə sənədlərini təqdim etmiş 49 müraciətçi üzrə 51 layihə qiymətləndirilib. Nəticədə 48 layihə məqbul hesab olunub. Bu layihələr üzrə ayrılması nəzərdə tutulan torpaq sahəsi 4654 hektar təşkil edir. Layihələrdən 1-i intensiv heyvandarlıq (Laçın), 47-si isə intensiv meyvəçilik istiqamətini əhatə edir.

Qanunvericiliyə uyğun olaraq müsabiqə qalibləri ilə Kənd Təsərrüfatı Nazirliyi arasında torpaq icarə müqavilələrinin bağlanılmasına başlanılıb. İlk mərhələdə 45-dən çox sahibkarla 5 illik, sonrakı dövrdə isə 44 illik müddətə ümumilikdə 4654 hektar torpağın icarəyə verilməsi nəzərdə tutulur.

İcarə prosesində təqdim edilmiş layihələrin aqrar dəyər zəncirini əhatə etməsi, innovativ yanaşmalar, investisiya həcmi və səmərəlilik kimi meyarlar qiymətləndirilib. İcarə dövründə fəaliyyətin qiymətləndirilməsi davam etdiriləcək.

Qeyd edilib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının dayanıqlı inkişafı nazirliyin əsas prioritetlərindən biridir. Bu məqsədlə icarə əsaslı torpaq əldə etmiş sahibkarlara subsidiyalar və digər mexanizmlərlə dəstək göstərilir, Aqrar Subsidiya Şurasının qərarlarında ehtiyac meyarları nəzərə alınaraq diferensial yanaşma tətbiq olunur.

DOĞRU.AZ

image-17649314856409423561_1200x630 image-1764931485373527813_1200x630 image-17649314851100565307_1200x630 image-17649314852078956883_1200x630 image-1764931485324312782_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki