image-n1karobka_ads
image-123
image-img-20240823-wa0102backend

Azərbaycan Alpaqut Federasiyasının növbəti qurultayı keçirilib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib.

Doğru.az xəbər verir ki,  Atatürk Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayda Azərbaycan Alpaqut Federasiyasının (AAF) İdarə Heyətinin yeni tərkibi formalaşıb və federasiyaya prezident seçkisi olub. Federasiyanın bütün filial və klub rəhbərləri, məşqçiləri, hakimləri və 18 yaşına çatan idmançılarının iştirakı ilə keçirilən səsverməyə əsasən Rafiq Qasimov, Kənan Quliyev, Qabil Hüseynov, Elsəvər Puri, Cəfər Cəfərov, Emil Rəhimov, Vasif Namazov, Fuad Quliyev idarə heyətinin üzvləri, Nizami Ağayev İdarə heyətinin sədri, Əli Hacıyev isə Nəzarət Təftiş Komisiyasının sədri seçilib. Daha sonra Ümumi Yığıncağın səs vermə nəticəsində Fuad Quliyev yekdilliklə AAF-a yeni prezident seçilib.

O, çıxış edərək alpaqut turan döyüş sənətinin inkişafını sürətləndirmək üçün əlindən gələni edəcəyini bildirib.

Qurultayda Dünya Alpaqut Federasiyasının vitse prezidenti Tural Abasquliyev, reklam və marketinq depatamentinin sədri Firuzə İsgəndərova, İdarə heyətinin üzvü Fərid Əlizadə və DAF prezidenti Millət vəkili Jalə Əhmədova qonaq qismində iştirak edib.

DAF prezidenti Jalə Əhmədova ölkəmizdə idmana yaradılan şəraitdən və ölkə başçısı İlham Əliyevin idmana olan qayğısını xüsusi vurğulayaraq, Azərbaycan Alpaqut federasiyasının yeni rəhbərliyinə uğurlar arulayıb.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014-cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya IMGC, Fair-Play, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatında qeydiyyata alınıb.

DOĞRU.AZ

image-img-20240823-wa0101 image-img-20240823-wa0100 image-img-20240823-wa0103 image-img-20240823-wa0104 image-img-20240823-wa0107 image-img-20240823-wa0108 image-img-20240823-wa0106 image-img-20240823-wa0112 image-img-20240823-wa0113 image-img-20240823-wa0117 image-img-20240823-wa0102

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki