image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240701-wa0144backend

Azərbaycan avarçəkənləri Avstriyada beş medal qazanıblar

image-728x90px

Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq reqatada uğurla çıxış ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Doğru.az-a verilən məlumata görə, 120-ci dəfə təşkil olunan yarışda iştirak edən komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Böyüklər arasında akademik avarçəkmə üzrə yığmanın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşlərdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov 3-cü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci yerdə keçib.

Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşlərdə Azər İlyasov A finalında bürünc medal qazanıb.

DOĞRU.AZ

image-img-20240701-wa0141 image-img-20240701-wa0145 image-img-20240701-wa0146 image-img-20240701-wa0147image-img-20240701-wa0142image-img-20240701-wa0143

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki