Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, kanoe yarışlarında Paşa Əsgərov mükafatçılar sırasına düşməyə çalışacaq. Kayak növündə isə Ceyhun Vəlixanov mübarizə aparacaq.
Dünya çempionatı avqustun 23-dən 25-dək təşkil olunacaq.
DOĞRU.AZ