image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20220630-132824_samsung-internetbackend

Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir

image-728x90px

“Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisə mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində qeyd edildi. BMT qurumlarının iştirakı ilə Şuşada önəmli məsələlərə həsr edilən mühüm tədbir keçirildi”.

Bu fikirləri “Doğru.Az“-a  Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib.

Könül İsmayılova daha sonra qeyd edib: “Hamıya məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edib. Ermənilər Ağdam şəhərini o dərəcədə dağıdıblar ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar.

Füzuli şəhəri isə işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Bütün bunlara baxmayaraq Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb. Ermənistan da sülh danışıqlarından qaçmaq üçün hər bir varianta əl atır”.

Könül İsmayılova onu da vurğulayıb ki, Ermənistanın hələ də davam etdirdiyi bəd əməllərə baxmayaraq Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir: “Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edildi. Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Şuşa şəhərinin baş planı isə onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.

Azərbaycan elə planla iş aparır ki, işğaldan azad edilən ərazilərimizdə, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Bütün bu işlər də Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Bununla da Azərbaycan bütün dünyaya o torpaqların əsil sahibinin kim olduğuna sübut etmiş olur.

Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki