image-n1karobka_ads
image-123
image-1719827501469404_1200x630backend

Azərbaycan Deflimpiya Komitəsində yeni təyinat olub

image-ad_qayo_720x110px

Azərbaycan Deflimpiya Komitəsində (ADK) yeni təyinat olub.

Komitədən  verilən məlumata görə, Namiq Novruzov ADK-nın baş katibi təyin edilib.

N.Novruzov əvvəllər Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hüdudlu Sazişi (EPAS) qurumunun İdarə Heyətinin və Avropa ölkələrinin İdman Xartiyasına uyğunluğunu monitorinq edən Qiymətləndirmə Qrupunun üzvü, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gənclər və idman sahəsinə dair Məşvərət Komitəsinin üzvü, eləcə də Birləşmiş Millətlər Təşkilatının müvafiq idman proqramında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi olub. Həmçinin “Bakı-2015” Avropa Oyunları, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının təşkilində yaxından iştirak edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki