image-2000x150px
image-123
image-ads_atlas
image-f7779f87-70a1-30c5-a932-de8defd819cb_850backend

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

image-728x90px

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur.

Hesabat dövründə Gürcüstandan xarici ölkələrə 64 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları göndərilib ki, bu da bir il əvvəlki göstəricidən 10 % çoxdur. O cümlədən Gürcüstan Rusiyaya 14 milyon ABŞ dolları dəyərində, Ermənistana 10,7 milyon ABŞ dolları dəyərində, Çinə 9,3 milyon ABŞ dolları dəyərində, İspaniyaya 4,2 milyon ABŞ dolları dəyərində, Almaniyaya 3,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xarici ölkələrə 265 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları satıb ki, bunun da 3,5 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki