image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220802_104945_389backend

Azərbaycan Premyer Liqasının baş sponsoru bəlli oldu

image-728x90px

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru oldu.

Əldə olunan razılaşmaya görə, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.

“Misli” brendi hər zaman idmanın inkişafına diqqət və qayğı göstərərək bu istiqamətdə həyata keçirilən layihələrin icrasında uğurla təmsil olunur. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır.

AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib: “Misli”nin ölkə əhəmiyyətli idman tədbirlərinə dəstəyini nəzərə alaraq, əməkdaşlıq etmək qərarına gəldik. Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar”.

“Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında bu əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb: “Misli” bu günədək ölkə üçün önəmli müxtəlif tədbirlərə, eləcə də idmanın inkişafı naminə layihələrə dəstək olub. Bu gündən etibarən isə Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. İnanırıq ki, işbirliyimiz uğurlu olacaq və bir çox sahələrdə olduğu kimi, futbolda da müvəffəqiyyətlər qazanacağıq”.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.

“Misli” məntəqələri və “Misli.az” platforması vasitəsilə geniş seçim və fərqli imkanlardan yararlanaraq dünyanın populyar futbol matçları, eləcə də basketbol, tennis, voleybol, həndbol, buzüstü hokkey, stolüstü tennis, snuker, MMA, “Formula-1” və digər idman hadisələri üzrə mərc imkanları mövcuddur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki