image-ads_n1karobka_mobile
image-17307992155596242863_1200x630backend

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

image-17307992151047736246_1200x630 image-1730799215344301387_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki