image-n1karobka_ads
image-123
image-1756126988722862365_1200x630backend

Azərbaycan və Birləşmiş Krallıq əməkdaşlığı genişləndirir – FOTO

image-ad_qayo_720x110px

Avqustun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Doğru.az xəbər verir ki, tərəflər siyasi, iqtisadi, enerji təhlükəsizliyi, bağlantılar, iqlim dəyişikliyi, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələlərini, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzuları müzakirə ediblər.

Görüşdə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğu vurğulanıb, SOCAR və BP arasında bərpaolunan enerji üzrə əməkdaşlıq təqdir edilib. COP29 çərçivəsində Birləşmiş Krallığın fəal iştirakı xüsusi qeyd olunub.

Təhsil sahəsində yeni tərəfdaşlıqların qurulması, dövlət proqramlarının əhəmiyyəti və əməkdaşlığın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə bölgədəki reallıqlar, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi barədə ətraflı məlumat verib. O, Vaşinqtonda “Sülh Sazişi”nin mətninin paraflanmasını və ATƏT-in Minsk Qrupunun bağlanması ilə bağlı birgə müraciəti mühüm nailiyyət kimi dəyərləndirib.

Eyni gündə Azərbaycan və Birləşmiş Krallıq arasında siyasi məsləhətləşmələr də keçirilib.

DOĞRU.AZ

image-17561269882504914405_1200x630 image-17561269882288159652_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki