image-n1karobka_ads
image-123
image-1763717400506316689_1200x630backend

Azərbaycan və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında saziş imzalanıb – FOTO

image-ad_qayo_720x110px

Noyabrın 21-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.

Doğru.az xəbər verir ki, səfər çərçivəsində nazir Vilayət Eyvazovun Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü keçirilib. Tərəflər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyətini, həmçinin hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.

Görüş zamanı informasiya mübadiləsi, birgə təhlükəsizlik tədbirləri və digər əməkdaşlıq istiqamətlərini əhatə edən saziş imzalanıb. Bu sənəd iki ölkə arasında hüquq-mühafizə sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

DOĞRU.AZ

image-17637174005264611475_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki