image-n1karobka_ads
image-123
image-17533474971316047664_1200x630backend

Azərbaycan və Somali arasında əməkdaşlıq genişlənir

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 24-də Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında intensiv əlaqələrin mövcudluğunu vurğulayıb.

Nazir qeyd edib ki, uzun illərdir beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Somali arasında qarşılıqlı maraqlara əsaslanan müsbət əməkdaşlıq qurulub. O bildirib ki, Somali ilə BMT, Qoşulmama Hərəkatı və İƏT-də fəal əməkdaşlıq həyata keçirilir.

Ceyhun Bayramovun sözlərinə görə, son dövrlər baş tutan yüksəksəviyyəli səfərlər və imzalanan sazişlər Azərbaycan-Somali əlaqələrinin getdikcə daha da gücləndiyini nümayiş etdirir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki