image-2000x150px
image-123
image-ads_atlas
image-1642618842_1013042backend

Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?

image-728x90px

Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə təhsil alır.

Trend xəbər verir ki, əcnəbi tələbələr sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan İslam Respublikası, Hindistan və Çinin vətəndaşları üstünlük təşkil edirlər.

2021/2022-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 29,0 faizi Bakı, 71,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.

Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki