image-n1karobka_ads
image-123
image-1765185169314361169_1200x630backend

Azərbaycanda pambıq yığımı tarixi rekordla başa çatır – FOTO

image-ad_qayo_720x110px

Azərbaycanda pambıq yığımı yekun mərhələyə daxil olub.

Doğru.az xəbər verir ki, dekabrın 8-dək ölkə üzrə 100 468,1 hektar əkin sahəsindən 353 914 ton xam pambıq tədarük edilib. Orta məhsuldarlıq 35,23 sentner/ha təşkil edir. Bu göstəricilər müstəqillik dövründə pambıq üzrə ən yüksək nəticədir.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, pambıqçılığın ənənəvi mərkəzlərindən olan Bərdə rayonunda bu il 8 448,8 hektar sahədə pambıq əkilib. Bu günədək 30 249,4 sentner məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Rayon üzrə orta məhsuldarlıq 35,8 sentner/ha təşkil edir. Bərdəli fermerlər məhsulu “Prime Cotton”, “Azərpambıq”, “P-Agro” və “Elakoton” MMC-lərə təhvil verirlər.

Ölkədə pambıq istehsalı müqaviləli əkin (“contract farming”) modeli ilə həyata keçirilir. Bu modelə əsasən, pambıq emalı şirkətləri fermerlərə toxum, gübrə, zərərvericilərə qarşı vasitələr, texniki dəstək və aqronom xidmətləri təqdim edir, məhsulun tədarükü və qiyməti isə əvvəlcədən razılaşdırılır. Bu üsul artıq uzun illərdir fermerlərin xərclərini azaltdığı və satış problemini aradan qaldırdığı üçün özünü doğruldur.

2025-ci təsərrüfat ilində pambıq əkinləri 16 rayonda aparılıb. Əkinlərin 86 faizi Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının payına düşür. Ən geniş sahələr Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Bu il ən yüksək məhsuldarlıq Beyləqan rayonunda qeydə alınıb. Burada orta göstərici 41,07 sentner/ha təşkil edir. Dekabrın 8-dək Beyləqanda 8 898,3 hektardan 36 543,9 ton pambıq yığılıb.

Orta məhsuldarlığa görə Neftçala (39,64 sentner/ha), Biləsuvar (39,45 sentner/ha), Tərtər (37,46 sentner/ha), Bərdə (35,80 sentner/ha) və Saatlı (35,69 sentner/ha) rayonları növbəti sıralardadır.

Dövlət tərəfindən pambıq istehsalına subsidiya verilir. 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə yetişdirilən pambığın hər tonuna görə 210 manat, ənənəvi üsulla yetişdirilən məhsula görə isə 195 manat subsidiya ödəniləcək. 2026-cı ildə bu məbləğ artırılacaq – müvafiq olaraq 215 və 200 manat.

Respublika üzrə pambıq yığımı davam edir.

DOĞRU.AZ

image-17651851693673425055_1200x630 image-17651851695299964872_1200x630 image-17651851694870436021_1200x630 image-17651851693954339825_1200x630 image-17651851692178161514_1200x630 image-17651851691519416088_1200x630 image-17651851691292235253_1200x630 image-1765185169165526649_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki