image-2000x150px
image-123
image-ads_atlas
image-pomidorbackend

Azərbaycanın 30 müəssisəsinin Rusiyaya pomidor ixracına icazə verilib

image-728x90px

Rusiyanın baytar və fitosanitar nəzarət üzrə Federal Agentliyi “Rosselxnadzor” mayın 14-dən etibarən Azərbaycanın 30 müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.

Bu barədə qurumdan yayılan məlumatda bildirilib.

Məlumata əsasən, qərar birgə videoyoxlanış zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının yekunları, eləcə də Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin təminatı əsasında qəbul olunub.

Qeyd edək ki, hələ ötən ilin dekabr ayında “Rosselxnadzor” Azərbaycandan idxal olunan pomidorlarda Cənubi Amerika güvəsi aşkar olunduğunu bəyan edərək müvəqqəti məhdudiyyətlər tətbiq edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki