Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçiriləcək “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcəklər.
Voleybol Federasiyasından Doğru.az-a verilən məlumata görə, təmsilçilərimiz bu gün qardaş ölkəyə yola düşüblər.
Yarışda ölkəmizi 3 qadın (Səbinə Əlizadə – Lizi Latsabidze; Nərmin Səmədzadə – Fidan Əhmədxanov; Larisa Smetsova – Çinarə Quliyev) və üç kişi (Vadim Kutukov – Heydər Məmmədli; Nəriman Bayramlı – Muhammad Aslanlı İbrahim Mammadov – Aqşin Ağazadə) komandası təmsil edəcək.
Kişilər İqor Olefanrıverdiyevin rəhbərliyi altında yarışacaqlar.
Qeyd edək ki, bu gündən startı veriləcək və sentyabrın 9-na qədər davam edəcək “Bioderma Pro Beach Tour” açıq çempionatında yarışacaq komandalar FIVB reytinq xalları qazanacaq.
DOĞRU.AZ