image-n1karobka_ads
image-123
image-17228657303152137721_1200x630backend

Azərbaycanın olimpiya çempionları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər – FOTO

image-ad_qayo_720x110px

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Cüdo Federasiyasından Doğru.az-a bildirilib ki, çempionlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

DOĞRU.AZ

image-17228657303152137721_1200x630 image-17228657305106826198_1200x630 image-17228657302505954841_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki