image-n1karobka_ads
image-123
image-17301026803869417825_1200x630backend

Azərbaycanın sərbəst güləş yığması dünya üçüncüsü olub

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-23 dünya çempionatını dörd medalla başa vurublar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Doğru.az-a verilən məlumata görə, milli komanda mundialda 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kiloqram) qızıl, Ruslan Abdullayev (61 kiloqram) və Arseni Djioyev (86 kiloqram) gümüş, Cəbrayıl Qadjiyev (74 kiloqram) isə bürünc medal qazanıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki