image-n1karobka_ads
image-123
image-17307885453977349396_1200x630backend

Azərbaycanın U-19 millisinin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

image-ad_qayo_720x110px

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Doğru.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Elxan Abdullayev yığmaya 20 futbolçu dəvət edib.

Bunlar Sadiq Məmmədzadə, Nihad Əliyev, Emil Bünyadzadə, Əşrəf Ələkbərli, Hikmət Cəbrayılzadə (hamısı “Qarabağ”), Səlim Həşimov (“Zirə”), Hüseyn Hüseynov (“Turan Tovuz”), Kənan Feyziyev, Nadir Orucov, Sənan Muradlı, Nihad Əhmədzadə, Nihad Orucəli (hamısı “Sumqayıt”), Məhəmməd Məmmədli, Murad Məmmədov (hər ikisi “Neftçi”), Surxay Nəbiyev, Elgün Dünyamalıyev, Şahin İbrahimov, İlkin Cəfərli (hamısı “Sabah”), Qədir Ramazanov (“Qəbələ”) və Həsən Nəzərlidir (“Ankaragücü”, Türkiyə).

Qeyd edək ki, U-19 noyabrın 6-dan 9-dək Bakıda təlim-məşq toplanışı keçəcək. 7-ci qrupda yer alan milli Kişineuda noyabrın 10-dan 20-dək İslandiya, İrlandiya və Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

13 noyabr

14:00. Azərbaycan – İslandiya

Baş hakim: David Dikkinson (Şotlandiya)

Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Gennadi Lisita (Moldova)

Dördüncü hakim: İqor Boşka (Moldova)

Zimbru-2 stadionu

16 noyabr

14:00. İrlandiya – Azərbaycan

Baş hakim: Miloş Milanoviç (Serbiya)

Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita

Dördüncü hakim: İqor Boşka

Zimbru-2 stadionu

19 noyabr

15:00. Moldova – Azərbaycan

Baş hakim: David Dikkinson

Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson, Lukaş Matuşek (Çexiya)

Dördüncü hakim: Yan Petrik (Çexiya)

Zimbru stadionu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki