image-n1karobka_ads
image-123
image-image_940x_6808db24b6d65backend

Azərbaycanla Çin arasında vizasız gediş-gəliş sazişi qüvvəyə minib

image-ad_qayo_720x110px

Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşlar üçün viza rejiminin ləğvi ilə bağlı saziş bu gün – iyulun 16-da qüvvəyə minib.

Doğru.az xəbər verir ki, saziş Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Çinə etdiyi dövlət səfəri zamanı imzalanıb. Razılaşmaya əsasən, hər iki ölkənin vətəndaşları qarşı tərəfin ərazisinə viza almadan daxil ola, ölkəni tərk edə və tranzit keçə bilərlər.

Sazişə görə, vətəndaşlar vizasız qaydada hər səfər zamanı 30 günədək, hər 180 günlük dövr ərzində isə ümumilikdə 90 günədək digər ölkədə qala biləcəklər.

Bu addım Azərbaycan və Çin arasında iqtisadi, turizm və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki