Mayın 4-ü Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkənin idman gündəliyinin ən əhəmiyyətli tədbirlərindən biri olan “Bakı Marafonu 2025” baş tutacaq.
Marafon minlərlə iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin və sosial həmrəyliyin təşviqinə töhfə verəcək.
Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə “Küləyə qalib gəl” şüarı altında mübarizə aparacaqlar.
Qeydiyyat “Gənclik Mall”, “28 Mall” və “Dəniz Mall”da fəaliyyət göstərən məntəqələrdə, həmçinin www.marathon.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirilir. Tələbələr üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat üçün son tarix aprelin 25-dir.
“Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru və eksklüziv tərəfdaşı kimi çıxış edir. Şirkətin rəhbər heyəti, əməkdaşları və korporativ müştəriləri bu il də ənənəvi olaraq tədbirdə fəal iştirak edəcəklər.
DOĞRU.AZ