image-2000x150px
image-screenshot_20220606-200222_whatsappbackend

Bakıda “Formula 1″ə görə bəzi yollar bağlanıb – SİYAHI

image-728x90px

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı şəhərində bağlanmış, istiqaməti dəyişdirilmiş küçə və prospektlərin adı məlum olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli “Doğru.Az”-ə bildirib ki, iyunun 6-dan iyunun 13-dək “Formula1” Azərbaycan Qran – prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhər ərazisində avtomobilərin hərəkətinin təhlükəsizliyi təmin etmək məqsədilə bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prodpektlər bunlardı.

”Formula 1” istiqamətində Şövkət Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mixail Hüseynov, Zərgərparan, Murtuza Muxtarov, Şeyx Şamil,  Afiyəddin Cəlilov,  Yusif Səfərov, adlı küçə və prospektlərdə hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə:

20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament Prospektinə:

Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar Dairəsi yolla Yasamal rayonu ərazisindən keçməklə:

Bakı-Zığ yolu-Nobel Prospekti, eləcə də hava limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev- Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə:

Mehdi Hüseyn küçəsindən Lermontov küməsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

Üzeyir Hacıbəyov küçəsindən, Füzuli Küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilib.

“Avtomobil sürücülərindən 6-13 iyun tarixlərində mərkəz istiqamətində hərəkətlərini məhdudlaşdıraraq ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”.-deyə Rüstəm Əhmədli qeyd etdi.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki