image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-01-04t160430-824backend

Bakıda kişi arvadını balta və bıçaqla qətlə yetirdi – YENİLƏNİB + FOTO

image-728x90px

Xətai Rayon Prokurorluğu bu gün günorta saatlarında Əhmədli qəsəbəsində baş verən dəhşətli qətl ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

16:09

Bakıda kişi arvadını qətlə yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Əhmədli qəsəbəsi General Əliağa Şıxlinski 29/42 ünvanında yerləşən yaşayış binasında baş verib.

Belə ki, ailə münaqişəsi zəminində 1987-ci il təvəllüdlü O.Alıyev həyat yoldaşı H.Həsənovanı bıçaqlayaraq qətlə yetirib.

O, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

image-whatsapp-image-2022-01-04-at-16-03-51-1 image-whatsapp-image-2022-01-04-at-16-03-51 image-whatsapp-image-2022-01-04-at-16-03-50

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki