Oktyabrın 14-də Dənizkənarı Bulvarda Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Milli Pavilyonunun açılışı olub.
Doğru.az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkmənistanın mədəniyyət nazirliklərinin müavinləri, diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.
Qonaqlar pavilyonu ziyarət edərək Türkmənistanın milli yeməklərindən dadıblar, ölkənin zəngin kulinariya ənənələri ilə yaxından tanış olublar. Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə həm Türkmənistan, həm də Azərbaycan incəsənət ustalarının ifaları səsləndirilib.
Qeyd edək ki, Türkmənistan Mədəniyyət Günləri oktyabrın 15-dək davam edəcək.
DOĞRU.AZ