image-n1karobka_ads
image-123
image-17639697736159248705_1200x630backend

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumu açılıb

image-ad_qayo_720x110px

Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı keçirilib.

Doğru.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar.

Açılış mərasimində türk dövlətləri arasındakı tarixi bağlılıq, ortaq dəyərlər və əməkdaşlıq münasibətlərini əks etdirən videoçarx təqdim edilib. Daha sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub.

Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi ən böyük forumdur.

Forum çərçivəsində iki panel müzakirəsi keçirilib. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” panelində regional əməkdaşlıq və vətəndaş cəmiyyətinin təşəbbüsləri müzakirə olunub. Digər panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunub və qarşılıqlı təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Tədbir Bakıda bədii-mədəni proqramla yekunlaşıb, forum işini Naxçıvanda davam etdirəcək. Orada TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması planlaşdırılır. Platforma Azərbaycan rəhbərliyi altında 8 ölkənin QHT-lərini birləşdirəcək.

Forum iştirakçıları həmçinin 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna dəvət olunublar. Tədbir birgə bəyanatın qəbul edilməsi ilə başa çatacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki