image-n1karobka_ads
image-123
image-img-20251205-wa0110backend

Mərkəzi Asiya liderləri Qırğızıstanın BMT namizədliyini dəstəklədi

image-ad_qayo_720x110px

Mərkəzi Asiya dövlət başçıları BMT üzv ölkələrini Qırğızıstan Respublikasının 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyini dəstəkləməyə çağırıblar.

Doğru.az xəbər verir ki, bu çağırış Nyu-Yorkda BMT-nin qərargahında Mərkəzi Asiya ölkələrinin BMT-dəki Daimi Nümayəndələrinin brifinqi zamanı səsləndirilib. Brifinqdə Özbəkistanın BMT-dəki Daimi Nümayəndəsi Uluqbek Lapasov 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün nəticələrini təqdim edib. O, dövlət başçılarının Qırğızıstanın namizədliyinin dəstəklənməsi ilə bağlı müraciətini iştirakçılara çatdırıb.

Lapasov bildirib ki, Mərkəzi Asiya liderləri müraciətlərində Qırğızıstanın Təhlükəsizlik Şurasına namizədliyinin regionun qlobal sülhə və təhlükəsizliyə daha fəal töhfə vermək niyyətini əks etdirdiyini vurğulayıblar.

Öz növbəsində, Qırğızıstanın BMT-dəki Daimi Nümayəndəsi Aida Kasımalıyeva Mərkəzi Asiya dövlətlərinə dəstəyə görə təşəkkür edib. O qeyd edib ki, bu həmrəylik regionun sülhə, dialoqa və konstruktiv çoxtərəfliliyə sadiqliyini nümayiş etdirir.

Kasımalıyeva bildirib ki, Qırğızıstan Təhlükəsizlik Şurasına seçiləcəyi təqdirdə beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, inkişaf etməkdə olan və kiçik dövlətlərin səslərinin eşidilməsi üçün məsuliyyətli şəkildə çalışacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki