image-n1karobka_ads
image-123
image-17651837571524525854_1200x630backend

Türk Dövlətləri Təşkilatının enerji nazirləri İstanbulda toplanır

image-ad_qayo_720x110px

Dekabrın 9 və 10-da İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 5-ci iclası keçiriləcək.

Doğru.az xəbər verir ki, toplantı Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin ev sahibliyi ilə baş tutacaq.

Nazirlikdən bildirilib ki, iclas çərçivəsində nazirlərin ikitərəfli görüşləri keçiriləcək, mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunacaq. Toplantıda TDT katibliyi ilə yanaşı, təşkilata üzv və müşahidəçi ölkələrin rəsmiləri iştirak edəcəklər.

İki gün davam edəcək görüşlər çərçivəsində texniki səviyyədə Enerji İşçi Qrupu toplantısı, eləcə də Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın ev sahibliyində nazirlərin iclası keçiriləcək.

Görüşdə bərpaolunan enerji, neft və təbii qaz, nüvə enerjisinin sülh məqsədli istifadəsi, ağıllı şəbəkələr, enerji saxlanması, hidrogen, karbon tutma texnologiyaları, kritik minerallar və nadir torpaq elementləri kimi enerjinin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılacaq.
İclasın gündəliyinə türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılacaq addımlar da daxildir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki