image-2000x150px
image-123
image-ads_atlas
image-1659617257_1659612738_0001backend

Bakıda yerləşən özəl məktəblərdə TƏHSİL HAQQI nə qədərdir?

image-728x90px

Azərbaycanda dövlət məktəbləri ilə yanaşı kifayət sayda özəl təhsil ocaqları da fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil pulsuzdur. Ödəniş müqabilində təhsil verən lisey və özəl məktəblərdə isə illik təhsil haqqı müəssisənin reytinqinə görə dəyişir.

Amma bu məktəblərə müraciət edənlər də az deyil.

Azərbaycandakı özəl məktəblərdə ibtidai siniflərə görə illik təhsil haqqı 3500-16 min manat arasında dəyişir. Yuxarı siniflər üzrə isə bu məbləğ 5000 -16 min manat arasındadır. Əlbəttə ki, bu məktəblərdə təhsil hər kəs üçün əlçatan və əlverişli deyil.

Təhsil haqqına məktəbli forması, nəqliyyat xidməti, naharı da əlavə etsək, bir uşağın xərcinin nə qədər yüksək məbləğə başa gələcəyini təsəvvür etmək çətindir. Bəzi məktəblər isə qiymətindən asılı olaraq şagirdlərin qıdalanmasını və məşğuliyyət saatlarını özləri təmin edir. Bununla bərabər faktiki olaraq özəl məktəblərdə 11 illik təhsili bitirmək üçün valideyn təxminən 50000 – 100 000 min manata başa gəlir ki, bu pula mənzil sahibi olmaq olar.

Məsələ burasındadır ki, özəl məktəblərdə təhsil haqqının baha olmasının bir səbəbi də məktəb binalarının illik icarə haqlarının 500 min manatdan yuxarı olmasıdır.

Bizim.Media özəl məktəblərdəki qiymətlərlə bağlı araşdırma aparıb:

Ən bahalı məktəb Bakının Yasamal rayonunda yerləşən “Azərbaycan Beynəlxalq Məktəbi” (TİSA)-dir. İllik təhsil haqqı və qeydiyyat 31 690$+500$ (56 100 manat)-dır. Tədris yalniz ingilis dilində aparılır.

Dərs saatı səhər 08:30-dan 15:00-a kimidir. Qiymətə yalnız dərnəklər daxildir. Digər xərclər və qidalanma əlavə ödənişlidir.

“Müasir İnnovasiyalar Liseyi”ndə illik təhsil haqqı 6 000-7 000 manatdır. Lisey Xətai rayonunda yerləşir. Tədris 3 dildə aparılır. Şagirdlər 09:00-dan 17:00-a kimi liseyin daxilində olurlar. Qiymətə gündə 1 dəfə qidalanma və dərnəklər daxildir.

Nərimanov rayonunda yerləşən “Erudit” liseyində təhsil haqqı 9 ay üçün 5 000 manatdır. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Uşaqlar səhər 09:00-dan axşam 18:00-a kimi liseydə olurlar. Şagirdlər gündə 2 dəfə qida ilə təmin olunurlar. Dərnəklər, qidalanma və dərsliklər qiymətə daxildir.

“Qərb Universitetinin Məktəbi” – İllik təhsil haqqı 4 300 manatdır. Məktəb şagirdləri nəqliyyat xidmətindən istifadə edərlərsə, illik 5 100 manat ödəməlidirlər.

“Evrika” liseyində təhsil 8 000-9 000 manatdır. Əlavə olaraq 500 manat dərsliklər üçün və 100 manat ekskursiya pulu tələb olunur. Tədris 3 dildə aparılır. Şagirdlərə gündə 2 dəfə (səhər və günorta) yemək verilir. Dərnəklər və dərsliklər qiymətə daxildir.

“Bakı Oksford Məktəbi”ndə məktəbəqədər hazırlıq mərhələsinin illik təhsil haqqı 7 500 AZN, ibtidai məktəbdə 15 500 AZN, tam-orta məktəbdə də ( 6-11/12-ci sinif) 15 500 AZN-dir. Tədris yalnız ingilis dilində aparılır. Şagirdlərin dərs saatı səhər 09:00-dan 14:45-ə kimidir. Qiymətə gündə 2 dəfə qidalanma, dərnəklər və məktəb forması daxildir.

“Müasir Təhsil Kompleksi”ndə tədris 3 dildə aparılır. Təhsil haqqı 16 000 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma, dərsliklər və 3 dərnək daxildir. Dərslər 08:30-dan 15:00 kimidir.

“Bakı Fransız Liseyi” Bakının Xətai rayonunda yerləşir. Tədris yalnız fransız dilində aparılır. Şagirdlərin dərs saatı 08:30-dan 15:00-a kimidir. Təhsil haqqı 15 000 – 19 000 manatdır.

Kompleksdə illik təhsil haqqı Azərbaycan vətəndaşları üçün bağça 8 000 AZN, ibtidai məktəb 15 000 AZN, Kollec və Lisey 16 100 AZN, 1-12-ci siniflər 19 000 AZN-dir. Xarici vətəndaşlar üçün bağça 4 550 avro, ibtidai məktəb 8 500 avro, kollec və lisey 9 150 avro, 11-12-ci siniflər 9 950 avrodur. İlkin qeydiyyat haqqı 600 AZN-dir. Yalnız liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir.

Təkrar qeydiyyat haqqı (ötən ilin şagirdləri üçün) 200 AZN-dir və bu ödənişlər geri qaytarılmır. Həmçinin, kitab və dərs ləvazimatlarının xərci də təhsil haqqına daxil deyil. Qiymətlərə yalnız 1 dəfə qidalanma daxildir.

“SABIS® SUN International School” Hövsanda yerləşir. İbtidai təhsil üzrə illik təhsil haqqı 11 500 AZN, orta təhsil üzrə isə 11 900 AZN təşkil edir. Əlavə 1 000 manat transfer pulu götürülür.

Qiymətə gündə 2 dəfə qidalanma daxildir. Məktəb forması və dərnəklər üçün əlavə ödəniş olunmalıdır. Şagirdlərin dərs saatı səhər 08:30-dan 15:00-a kimidir. Bu məktəbdə təhsil ingilis dilində aparılır.

“Landau School”da tədris 3 dildə aparılır. İllik təhsil haqqı 5 600-8 000 manat arası dəyişir. Şagirdlər 08:40-dan 14:00-a kimi liseydə olurlar. Qida və dərnəklər qiymətə daxil deyil.

“Kaspi” liseyində təhsil haqqı 6 400-8 400 manat arası dəyişir. Qiymətə gündə 1 dəfə qidalanma, məktəb forması və 2 dərnək daxildir. Dərs saatı 08:30-dan 16:00-a kimidir. “Kaspi” liseyi – qiymətlərin dəyişməsi müəssisənin yerləşdiyi filialdan, bölmədən, sinifdən asılıdır.

Belə ki, Bakıxanov filialında Azərbaycan bölməsi I-IV siniflər 6 400 AZN, V-IX 6 900 AZN, X-XI 5 500 AZN, Ağ şəhər filialında isə Azərbaycan bölməsi I-IV siniflər 6 900 AZN, V-IX siniflər 7 400 AZN, X-XI siniflər 6 000 AZN, rus bölməsi I-IV siniflər 7 900 AZN, V-IX siniflər isə 8 400 AZN-dir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki