image-n1karobka_ads
image-123
image-img-20251219-wa0266backend

Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb: yeni hədəflər açıqlanıb

image-ad_qayo_720x110px

Balıqçılıq və akvakultura sahəsində dövlət siyasətinin daha səmərəli və sistemli şəkildə həyata keçirilməsi məqsədilə “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Doğru.az xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, mərkəz Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli Fərmanına əsasən yaradılıb və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Direktor qeyd edib ki, mərkəzin əsas fəaliyyət istiqamətləri balıq ovunun dayanıqlı və elmi əsaslarla həyata keçirilməsi, eləcə də ölkədə akvakultura sahəsinin inkişaf etdirilməsidir. Bu çərçivədə istehsal potensialının artırılması, müasir texnologiyaların tətbiqi və təsərrüfatların stimullaşdırılması prioritet hesab olunur.

Ceyhun Əliyev bildirib ki, 2025-ci ilin oktyabr ayında Xəzər dənizi və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla qiymətləndirilməsi məqsədilə genişmiqyaslı ekspedisiya həyata keçirilib. Tədqiqatlar zamanı balıq növlərinin bioloji göstəriciləri, miqrasiya marşrutları və ehtiyat vəziyyəti öyrənilib.

Onun sözlərinə görə, aparılan hesablamalara əsasən, balıq ehtiyatlarının bərpası üçün daxili su hövzələrinə hər il 6–12 milyon, Xəzər dənizinə isə 11–23 milyon körpə balığın buraxılmasına ehtiyac var. Ekspedisiyanın nəticələri 2026-cı il üçün ov kvotalarının müəyyənləşdirilməsində əsas baza kimi istifadə olunub.

Mərkəzin rəhbəri əlavə edib ki, 2025-ci il ərzində təbii mühitə yüz minlərlə nərəcinsli balıq və milyonlarla digər balıq növləri buraxılıb, qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilib.

Qeyd olunub ki, “Balıqçılıq haqqında” Qanunun yeni redaksiyası hazırlanıb və bu sənəd sahədə fəaliyyət göstərən subyektlər üçün daha şəffaf və səmərəli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək.

DOĞRU.AZ

image-img-20251219-wa0245 image-img-20251219-wa0246 image-img-20251219-wa0247 image-img-20251219-wa0248 image-img-20251219-wa0249 image-img-20251219-wa0250 image-img-20251219-wa0251 image-img-20251219-wa0254 image-img-20251219-wa0255 image-img-20251219-wa0256 image-img-20251219-wa0258 image-img-20251219-wa0260 image-img-20251219-wa0259 image-img-20251219-wa0263 image-img-20251219-wa0262 image-img-20251219-wa0267 image-img-20251219-wa0264 image-img-20251219-wa0261 image-img-20251219-wa0269

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki