image-n1karobka_ads
image-123
image-rrmmcuraemrquvssqcenvtcsj5a1mqmlkdy1it2v_1200backend

Baş nazir Əli Əsədov Gürcüstan naziri Givi Mikanadzeni qəbul edib

image-ad_qayo_720x110px

İyulun 25-də Baş nazir Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadzeni qəbul edib.

Doğru.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında uğurla inkişaf etdiyi bildirilib. G.Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan Gənclər Forumunun önəmi vurğulanıb.

Həmçinin, iki ölkə arasında humanitar əlaqələr, gənclər və təhsil sahəsində əməkdaşlığın uğurları və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev də iştirak ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki