image-n1karobka_ads
image-123
image-17523275116264446114_1200x630backend

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də Ukraynanın energetika naziri German Qaluşenko ilə görüş keçirib.

Doğru.az xəbər verir ki, Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb.

Tərəflər iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə ediblər. Bu gün Bakıda keçirilmiş Hökumətlərarası Komissiyanın iclası çərçivəsində iqtisadi əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.

Azərbaycanın Ukrayna xalqına göndərdiyi humanitar yardımlara görə təşəkkür ifadə olunub.

Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli gündəliyinin aktual məsələləri, o cümlədən iqtisadiyyat, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki